Almaniyanın “Taurus” raketləri müharibənin daha da gərginləşməsinə gətirib çıxarmayacaq.
AzerTimes xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
“Ukraynanın əsgər və mülki əhalinin həyatını xilas etmək, ərazilərinin azad edilməsini sürətləndirmək və müharibəni daha tez bitirmək üçün “Taurus” raketlərinə ehtiyacı var”, – o vurğulayıb.
Kuleba Almaniya hökumətinin raketlərin Rusiya ərazisinə hücum etmək üçün də istifadə oluna biləcəyi ilə bağlı narahatlığını əsassız adlandırıb:
“Birincisi, digər tərəfdaşlar artıq oxşar mənzilli raketlər veriblər. İkincisi, Almaniyanın Ukraynanı yeni silah növü ilə təmini ilə bağlı əvvəlki heç bir qərarı eskalasiyaya səbəb olmayıb. Əksinə, alman silahları artıq bir çox ukraynalının həyatını xilas edib”.