Tatlısəs növbəti dəfə məhkəməyə verildi

Tatlısəs növbəti dəfə məhkəməyə verildi

Türkiyəli müğənni Onur Akın “Asi və Mavi” adlı albomundakı 10 əsəri icazəsiz rəqəmsal platformalarda istifadə etdiyi üçün İbrahim Tatlısəsin sahibi olduğu “İdobay Muzik”i məhkəməyə verib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, məşhur müğənni “İdobay Muzik”in haqsız və hüquqa zidd addımlarının müəyyənləşdirilməsini və qarşısının alınmasını tələb edib.

“İdobay Muzik” isə cavab olaraq, Onur Akın ilə aralarında razılaşma olduğunu, buna əsasən də adıkeçən əsərlərin bütün maliyyə hüquqlarına sahib olduqlarını bildirərək, iddianın rədd edilməsini istəyib.

Məhkəmə “İdobay Muzik”in Onur Akına aid əsərləri icazəsiz istifadə edib-etmədiyini müəyyənləşdirmək üçün dosyeni ekspertə göndərib.

Ekspert hesabatında bildirilib ki, Onur Akın hüquqlarını təhvil verməsə də, “İdobay Music” əsərlərdən rəqəmsal platformalarda icazəsiz istifadə edib.

Teqlər: