Türkiyəli məşhur müğənni İbrahim Tatlısəs deputatlığa namizədlik üçün yenidən AKP sıralarından namizədliyini irəli sürüb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bundan əvvəl də 4 dəfə Şanlıurfadan namizədliyə namizəd olan, lakin AKP-nin namizəd siyahısına daxil edilməyən Tatlısəs iddiasından əl çəkməyəcəyini bildirib.
“Urfama xidmət etmək üçün 100 dəfə də namizəd olaram. Məqsədim Urfanın problemlərini həll etməkdir”, – müğənni deyib.