Sankt-Peterburqda hərbi jurnalist Vladlen Tatarskinin qətlində şübhəli bilinən Darya Trepova barəsində Moskvada həbs-qətimkan tədbiri seçiləcək.
AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti”yə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
“Ehtimal ki, onun barəsində həbs qətimkan tədbiri Moskvada seçiləcək”, – mənbə əlavə edib.
Qeyd edək ki, bazar günü Sankt-Peterburqda kafedə partlayış baş verib. Müharibə müxbiri Vladlen Tatarski (əsl adı Maksim Fomin) həlak olub, 30-dan çox insan yaralanıb. Bazar ertəsi hadisədə şübhəli bilinən 26 yaşlı Sankt-Peterburq sakini Darya Trepova saxlanılıb.