Tatarskinin qatili Ermənistan vasitəsilə qaçıb – FTX

Tatarskinin qatili Ermənistan vasitəsilə qaçıb – FTX

Hərbi müxbir Maksim Fominin (Vladlen Tatarski) öldüyü terror aktını Ukraynanın xüsusi xidmət orqanları və onların agentləri, o cümlədən Rusiya müxalifəti təşkil edib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Terroru Daria Trepova ilə birlikdə Ukrayna təxribat və kəşfiyyat qrupunun üzvü, Ukrayna vətəndaşı Yuri Denisov törədib. Hadisədən sonra o, aprelin 3-də Ermənistan ərazisindən Türkiyəyə uçub. Həmin şəxs beynəlxalq axtarışa verilib”, – məlumatda deyilir.

Qeyd olunur ki, Denisov fevralda Kiyevdən Latviya vasitəsilə Moskvaya gəlib.

Teqlər: