Tatarıstanda dəhşət: ev yandı, bütün ailə məhv oldu

Tatarıstanda dəhşət: ev yandı, bütün ailə məhv oldu

Tatarıstan Respublikasında fərdi yaşayış evində baş vermiş yanğından sonra dağıntılar altından dördü uşaq olmaqla 7 nəfərin meyiti tapılıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə Baş İdarəsi özünün Teleqram kanalında məlumat yayıb.

Ümumilikdə evdə 8 nəfər yaşayırmış.

Yanğının hansı səbəbdən baş verdiyi açıqlanmır.

Teqlər: