Tatardan ABŞ-ın qərarına: Gərginlik artacaq…

Tatardan ABŞ-ın qərarına: Gərginlik artacaq…

1974-dən bəri tətbiq olunan bu embarqonun ləğv edilməsindən sonra Şimali Kipr də tədbir görəcək və gərginlik artacaq.

AzerTimes xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikası Prezidenti Ərsin Tatar ABŞ-ın Cənubi Kiprə tətbiq etdiyi silah satışı embarqosunu ləğv etməsi ilə bağlı qərarını şərh edərkən deyib.

“Belə bir şeyin Kipr məsələsinin həllinə heç bir töhfəsi ola bilməz. Əksinə, bir razılaşma olacaqsa, belə bir ortamda olmaz. Türkiyənin açıqlamalarını dəstəkləyirik. Biz sadəcə öz haqqımız və hüququmuzu istəyirik”, – Ə.Tatar qeyd edib.

Teqlər: