Kiprdə suveren bərabərliyə və bərabər beynəlxalq statusa əsaslanan yeni siyasətə güclü dəstək verdiyinə görə Fidana təşəkkür edirəm.
AzerTimes xəbər verir ki, bu sözləri Kipr Sülh Əməliyyatının 50-ci ildönümü ilə bağlı Lefkoşada keçirilən tədbirdə çıxışı zamanı ŞKTR-nin Prezidenti Ərsin Tatar deyib.
O, Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçirilən görüşündə ŞKTR ilə bağlı deyilənlərə toxunub:
“TDT zirvəsində də deyildiyi kimi, Kipr türk xalqı türk dünyasının ayrılmaz parçasıdır. ŞKTR türk dövlətləri ilə istənilən sahədə əlaqə yaratmağa hazırdır. TDT 21-ci əsrdə bütün siyası tarazlığa dərindən təsir edə bilmə potensialına sahibdir. Türk Dövlətləri Təşkilatının sərhədləri Şərqi Aralıq dənizinə qədər genişlib, ən cənubdakı türk dövləti ŞKTR-nin daxil olması ilə daha da güclü hala gəlib”.