Tasmaqambetov, nəhayət, İrəvana gəlir

Tasmaqambetov, nəhayət, İrəvana gəlir

KTMT Baş katibi İmanqali Tasmaqambetov dekabrın 21-də İrəvana səfər etməyi planlaşdırır.

AzerTimes xəbər verir ki, bu barədə KTMT-nin rəsmi saytında məlumat yayılıb.

“21 dekabrda KTMT-nin Baş katibi İmanqali Tasmaqambetovun İrəvana səfəri planlaşdırılır və bu səfər çərçivəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüş keçiriləcək. KTMT Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının, Təhlükəsizlik Şurası Katibləri Komitəsinin noyabrda Minskdə keçirilən sammitinin nəticələrinin müzakirə olunacağı gözlənilir”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, bir müddət öncə də İmanqali Tasmaqambetovun İrəvana gələcəyi barədə xəbər yayılmışdı. Ancaq sonradan məlum olmuşdu ki, Ermənistan rəhbərliyi onunla görüşmək istəmir.

Teqlər: