Suriyanın Tartus bölgəsində bir neçə partlayış baş verib.
AzerTimes xəbər verir ki, bu barədə “Əl Hadat” telekanalının məlumatında bildirilib.
Məlumata görə, Livan Hizbullahına aid anbarlar atəşə tutulub, nəticədə 3 nəfər ölüb. Bundan sonra bölgədə ardıcıl partlayışlar baş verib.