Son illər Azərbaycan təhlükəsizlik orqanları inkişaf edib və
ölkəmizin milli maraqlarının qorunması istiqamətində qarşıya
qoyulan vəzifələri xüsusi peşəkarlıqla yerinə yetirir. Biz artıq
ikinci ildir ki, xüsusi xidmət orqanlarının peşə bayramını böyük
fəxr və qürurla qeyd edirik. Çünki, Azərbaycan 44 günlük Vətən
Mharibəsində tarixi Zəfər qazanıb, ölkəmizin ərazi bütövlüyü bərpa
edilib.
Bunu Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif
videolayihəsinə müsahibəsində təhlükəsizlik orqanlarının və birinci
Qarabağ müharibəsinin veteranı, polkovnik-leytenant İlham İsmayıl
bildirib.
O, vurğulayıb ki, son illər təkmilləşən xüsusi xidmət orqanları
öz işini müasir dövrün tələblərinə uyğun qurub:
“Peşəkarlardan, dövlətə və xalqa sadiq olan əməkdaşlardan
formalaşdırılan təhlükəsizlik orqanları son dərəcə ayıq-sayıqdır.
Ölkəmizə qarşı yönələ bilən istənilən təxribat və pozuculuq
fəaliyyətinin qarşısı qətiyyətlə alınır. Bu gün hər bir
vətəndaşımız evində rahat yatırsa, ölkəmizdə sabitlik və
təhlükəsizlik qorunub saxlanılırsa, şübhəsiz ki, burada xüsusi
xidmət orqanlarımızın böyük rolu var. Ona görə də son illərdə bu
orqanların nüfuzu ictimaiyyət arasında durmadan artır”.
İ.smayıl həmçinin təhlükəsizlik orqanları əməkdaşlarının
Ermənistanın təxribatlarının, terror-təxribat əməllərinin
qarşısının alınmasındakı müstəsna xidmətlərindən, ölkəmizdə
korrupsiya və rüşvətxorluqla mübarizədən, xarici və daxili
təhdidlərə qarşı həyata keçirilən davamlı tədbirlərdən danışıb.
Müsahibənin videovariantını təqdim edirik.