Tarixi hamam çirkləndirildi: Nazirlikdən reaksiya – Foto

Tarixi hamam çirkləndirildi: Nazirlikdən reaksiya – Foto

Sosial şəbəkələrdə yayılan görüntülərdə Sabunçu rayonunun Kürdəxanı kəndində XVII əsrə aid hamamın ətrafının məişət tullantıları ilə çirkləndiyi görüntüləri yayılıb.

AzerTimes xəbər verir ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova Trend-ə açıqlamasında abidə mühafizəçilərinin hamamın ətrafının təmizliyinin qorunmasına daim nəzarət etdiyini bildirib.

“Bir gün ərzində əraziyə baxılmasa, vəziyyət belə olur. Hər abidənin önündə abidə mühafizəçisi dayanıb keşik çəkməlidir deyə bir qayda yoxdur. Abidə mühafizəçiləri ərazi üzrə bir neçə abidəyə nəzarət edir. Dünyanın heç bir ölkəsində abidələrin hamısını hasara alıb, günlük mühafizə təşkil etmirlər. Belə hallara əhali də məsuliyyətli yanaşmalıdırlar. Bu abidələr tək dövlətin deyil, hər kəsindir. Ona görə də abidələri qorumaq hər kəsin borcudur”, – N.Allahyarova vurğulayıb.

Teqlər: