Azərbaycan və Ermənistan tarixi hadisələr astanasındadır. Paşinyan Qarabağın Azərbaycan olduğunu etiraf etməyə hazır olduğunu bildirdi. O, bunu əsl hiyləgər sözlərlə ifadə etdi, “devrilsə də, partlasa da” sülh müqaviləsi imzalamağa hazırdır.
AzerTimes xəbər verir ki, bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun baş direktoru, politoloq Sergey Markov deyib.
“İrəvanda izdiham parlamentə və hökumətə hücuma keçib. Kütləvi etirazlar başlayıb. Paşinyan hökumət binasından qaçıb. O, hələlik heç bir sənəd imzalamadığını bildirib. Və buna görə də onu devirməyə ehtiyac yoxdur deyir. Bu saat, yəni gecə saatlarında Bakıda sülh müqaviləsinin imzalanacağına dair sevinclə nümayişlər keçirilir, çünki bununla da Ermənistan Qarabağın Azərbaycan olduğunu tanıyacaq. Artıq döyüşlər praktiki olaraq dayandırılıb”, – o bildirib.
Qeyd edək ki, Paşinyan ortada heç bir sənədin olmadığını bildirərək, hər hansı imzalanma olmayacağı haqda açıqlama yayıb.