Bu il Almaniyada təşkil olunacaq Avropa çempionatına vəsiqə qazanan son üç iştirakçıdan biri məlum olub.
AzerTimes xəbər verir ki, pley-off mərhələsində Gürcüstan və Yunanıstan üz-üzə gəlib. Əsas və əlavə vaxtda qapılara qol vurulmadığı üçün görüş penaltilər seriyasına gedib. Burada daha dəqiq oynayan gürcülər ilk dəfə ölkə tarixində Avropa çempionatına vəsiqə qazanıb – 4:2.
Qeyd edək ki, Uels – Polşa və Ukrayna – İslandiya oyunlarından sonra Avropa çempionatına vəsiqə qazanan son yığmaların adlarına aydınlıq gələcək.