Rusiyada tarixində ilk dəfə olaraq öz təyyarəsini təmir üçün İrana göndərib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya “Aeroflot”unun mətbuat xidməti məlumat yayıb .
“RA-73700 qeydiyyat nömrəli “Airbus A330-300” sərnişin təyyarəsi Tehrana uçub və burada təyyarəyə İranın ən böyük “Mahan Air” aviadaşıyıcısının texniki işçiləri xidmət göstərəcək”, – məlumatda deyilir.
Aeroflot bir neçə ay ərzində İranda texniki xidmətin mümkünlüyünü müzakirə edib.
Qeyd edək ki, Rusiya Qərbin sanksiyaları səbəbindən təyyarələri İranda təmir etdirir.