Tarixçi Medinski yox, Putin danışıqlara getməldir – Rutte

Tarixçi Medinski yox, Putin danışıqlara getməldir – Rutte

Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə son qoymaq üçün danışıqlar masasına tarixçi Vladimir Medinski yox, Prezident Vladimir Putin əyləşməlidir.

AzerTimes xəbər verir ki, bu açıqlama ilə NATO-nun Baş katibi Mark Rutte çıxış edib.

“Bu müharibəyə son qoymaq üçün danışıqlar masası arxasında indi iki dəfə İstanbulda görünən və yenidən Rusiya və Ukraynanın 12-ci əsrdən bəri tarixini danışan bu tarixçi (Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski) yox, Putin oturmalıdır. Bilmədim, bu nə idi?” – o bildirib.

Ruttenin sözlərinə görə, bu proses müharibəni bitirmək istəyən Rusiyanı tələb edir.

O qeyd edib ki, buna nail olmaq üçün ilk növbədə Ukraynanı bu mübarizədə güclü saxlamaq lazımdır.

Teqlər: