Gürcüstan millisinin futbolçuları Avropa çempionatının pley-off mərhələsinə yüksəldikləri 30 milyon lari (10 milyon dollardan çox) mükafat alıblar.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verib.
O qeyd edib ki, növbəti oyun üçün də belə bir mükafatın komandaya veriləcəyini bildirib.
Qeyd edək ki, Gürcüstan seçməsi ötən gün Portuqaliya millisini məğlub edərək (2:0) turnirin pley-off mərhələsinə vəsiqə qazanıb. Qonşumuz 1/8 finalda iyunun 30-da İspaniya ilə qarşılaşacaq.