Birləşmiş Ştatlar Rusiya ərazisinə zərbələr endirməyi təşviq etmir və onlara töhfə vermir.
AzerTimes xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiya koordinatoru Con Kirbi Ukrayna ordusunun Taqanroqa zərbə endirməsi haqda qeyd edib.
“Biz çox açıq şəkildə bildirdik ki, Rusiyaya hücumları təşviq etmirik və ya onlara kömək etmirik”, – o bildirib.
Qeyd edək ki, bu gün Ukrayna ordusu S-200-ün zərbə versiyasından Rusiyanın Taqanroq şəhərinə zərbə endirib. Nəticədə 16 nəfər yaralanıb.
Ukraynanın S-200-dən atdığı ikinci raket isə Azov şəhəri yaxınlığında zərərsizləşdirilib.