Tapança satmaqda şübhəli bilinən şəxs həbs edildi

Tapança satmaqda şübhəli bilinən şəxs həbs edildi

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində tapança satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qanunsuz olaraq silah əldə edərək satmaqda şübhəli bilinən Bakı şəhər sakini Rəcəb Hüseynov saxlanılaraq şöbəyə gətirilib.

Onun üzərinə müvafiq qaydada keçirilən baxış zamanı 1 ədəd “Makarov” markalı tapança və həmin silaha məxsus daraq aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Teqlər: