Xəbər - Ləman Zeynalova – Trend:
Trans-Adriatik boru kəməri (TAP) ilə ümumi qaz axını 2021-ci ilin yekunlarına əsasən 5 milyard kubmetri keçəcək.
AzerTimes bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən məlumat verir.
Hesabatda qeyd olunur ki, 2021-ci ilin ilk beş ayı ərzində Azərbaycanda təbii qaz hasilatı ötən illə müqayisədə 8 faiz artıb:
“Bu, ixracın illik 40 faizdən çox artması ilə əlaqədar olub. TAP vasitəsilə tədarük bu ilin ilk beş ayı ərzində 2,5 milyard kubmetrə çatıb”
Agentlik bildirir ki, 2020-ci ildə Avropanın boru kəmərləri ilə qaz idxalı Rusiya, Şimali Afrika və İrandan idxalın kəskin azalması ilə əlaqədar 10 faizdən çox azalıb:
“Azərbaycanın ixracı illik göstəricidə 20 faizdən çox artıb. Rusiya və Şimali Afrikadan idxalın artması və Azərbaycan qazının TAP vasitəsilə İtaliya və Cənub-Şərqi Avropaya idxal həcmlərinin artması ilə əlaqədar 2021-ci ildə boru kəmərləri ilə qaz tədarükünün 2019-cu il səviyyəsinə çatması gözlənilir. 2021-ci ilin birinci yarısında TAP vasitəsilə təxminən 3 milyard kubmetr qaz ixrac olunub ki, ilin sonunadək bu gösərici 5 milyard kubmetrədək çata bilər”.
(Tərcümə: Orxan Nəbiyev)