TAP vasitəsilə hidrogen tədarükü üzrə investisiya təklifi təqdim olunub

Xəbər - Ləman Zeynalova – Trend:

Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə hidrogen tədarükünü təmin edəcək “White Dragon” layihəsi üzrə investisiya təklifi Yunanıstan hökuməti və Avropa İttifaqına təqdim olunub.

AzerTimes bu barədə TAP konsorsiumuna istinadən məlumat verir.

Qeyd olunur ki, investisiya təklifi “DEPA Commercial”, “Advent Technologies”, “Damco Energy (Copelouzos Group)”, PPC, DESFA, HELLENIC PETROLEUM, “Motor Oil”, “Corinth Pipeworks”, TAP və “Terna Energy” şirkətləri tərəfindən irəli sürülüb.

Layihəyə investisiyaların məbləği 8 milyard avronu ötür. Layihə Yunanıstanın Qərbi Makedoniya əyalətində kömürlə işləyən elektrik stansiyalarının mərhələli şəkildə dəyişdirilməsini və təmiz enerjiyə keçidi nəzərdə tutur. Layihə çərçivəsində ölkənin elektrik şəbəkəsini təmin edəcək “yaşıl” hidrogen istehsal olunacaq.


İnteqrasiya olunmuş “White Dragon” layihəsi sayəsində TAP vasitəsilə hidrogen nəqli və ixracı üçün imkan yaranacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: