Xəbər - Ləman Zeynalova – Trend:
Trans-Adriatik qaz kəməri (TAP) konsorsiumu təbii qaz və hidrogen qarışığının nəqli üçün texniki potensialı qiymətləndirir.
Bunu Trend-ə TAP-n xarici əlaqələr üzrə rəhbəri Vüqar Veysəlov deyib.
Onun sözlərinə görə, hidrogen karbonsuz gələcəyin təmin olunması işində vacib elementdir və TAP bu məsələləri fəal şəkildə izləyir.
O qeyd edib ki, TAP konsorsiumu hidrogen nəqli üçün yeni avadanlıqların quraşdırılması tələblərini də nəzərdən keçirir:
“Qaz infrastrukturu hidrogen və digər qarışıqların nəqlinin təmin olunması məqsədilə modernləşdirilə bilər. Hazırda TAP eyni avadanlıqların quraşdırılması tələblərini nəzərdən keçirir. Araşdırmalar davam edir, ilkin nəticələr ilin sonunadək gözlənilir”.
Qeyd edək ki, Azərbaycan “Cənub Qaz Dəhlizi” ilə hidrogen nəql etmək niyyətindədir.
(Tərcümə: Orxan Nəbiyev)