TAP-la nəql olunan qazın həcmi açıqlanıb

Xəbər - Ləman Zeynalova – Trend:

Trans-Adriatik boru kəmərinin (TAP) fəaliyyətə başlamasından sonra dörd ay ərzində 2 milyard kubmetrdən çox qaz nəql olunub.

Trend-in məlumatına görə, bunu TAP konsorsiumunun icraçı direktoru Luka Skyeppati deyib.

Onun sözlərinə görə, yükdaşıyıcılarına nəql üzrə təhlükəsiz və etibarlı xidmətlər təqdim edilib:


“TAP-ın gücünün tələb və təklifə uyğun mərhələli şəkildə artırılması xüsusilə cənub-şərqi Avropa regionu ölkələri üçün vacib imkandır”

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: