TAP konsorsiumu və Albaniya qaz obyektinin tikintisi barədə saziş imzalayıb

Xəbər - Ləman Zeynalova – Trend:

Trans-Adriatik qaz kəməri (TAP) konsorsiumu və Albaniya hökuməti Fiere şəhərində ilk qazpaylayıcı qurğunun tikintisi barədə saziş imzalayıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Albaniya KİV-ləri yazır.

Qeyd olunur ki, bu saziş Albaniyanın qazlaşdırılmasına və gələcəkdə ixracatçıya çevrilməsinə kömək edəcək. Eyni zamanda bu sənəd Fieri-Vlora qaz kəməri vasitəsilə Albaniyanın cənubunun qazlaşdırılmasına imkan yaradacaq.

Xatırladaq ki, 2021-ci il dekabrın 31-dən etibarən Azərbaycan qazının TAP vasitəsilə Avropaya nəqli başlayıb.


(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: