Xəbər - Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev – Trend:
Trans-Adriatik qaz kəməri (TAP) konsorsiumu kəmərin çəkilişi zamanı ziyan dəymiş rayonlarda ətraf mühitin bərpası çərçivəsində torpaqların qanuni sahiblərinə qaytarılması başlayıb.
Trend bu barədə konsorsiuma istinadən məlumat verir.
Məlumata əsasən, sahibkarlar TAP-ın təhlükəsizliyini və bütövlüyünü təmin etmək üçün bəzi qaydalara əməl etməlidir:
“Bu, boru kəmərinin təhlükəsiz işinin təmin olunması üçün vacib mərhələdir. Torpaqların təhvil verilməsi prosesi məlumatlandırma kampaniyası ilə müşayiət olunacaq”.
Qeyd edək ki, 2020-ci il dekabrın 31-də TAP vasitəsilə Azərbaycan qazının Avropaya nəqli başlayıb.