Xəbər - Ləman Zeynalova, Orxan Nəbiyev – Trend:
Trans-Adriatik boru kəməri (TAP) konsorsiumu İtaliyada tikinti işləri zamanı başqa yerə köçürülmüş zeytun ağaclarını əvvəlki yerinə qaytarıb.
Trend bu barədə konsorsiuma istinadən məlumat verir.
Məlumata əsasən, “Xylella” bakteriyası ilə yoluxma səbəbi ilə kəsilmiş ağaclar bakteriyalara daha dayanıqlı gənc ağaclarla əvəz edilib.
Daha sonra podratçılar boru kəmərinin yolu üzərindən yığışdırılmış 828 zeytun ağacını əvvəlki yerinə qaytarıb. Bundan başqa, “Xylella” bakteriyasına daha dayanıqlı 930 zeytun fidanı 8 kilometrlik dəhliz boyunca yoluxma səbəbi ilə kəsilmiş ağacların yerinə salınır.