TAP konsorsiumu baza tədqiqatları üzrə müqavilə imzalayıb

Xəbər - Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev – Trend:

Trans-Adriatik boru kəməri (TAP) konsorsiumu baza tədqiqatlarının başa çatdırılması üçün “NDT Global” şirkəti ilə müqavilə imzalayıb.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Qeyd olunub ki, 878 kilometr uzunluğundakı qaz borusu sistemi çoxsaylı qəliz xüsusiyyətə, o cümlədən dağlıq ərazi, yüksək hündürlüklü profil, divarların qalınlığı və mürəkkəb sualtı profilə malikdir:


“”NDT Global” şirkətinin “ART Scan” texnologiyası bu xüsusiyyətləri, eləcə də divarların qalınlığını uyğunlaşdıraraq bu problemləri həll edir”.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-də Azərbaycan qazının TAP vasitəsilə Avropaya nəqli başlayıb.

Teqlər: