Xəbər - Ləman Zeynalova – Trend:
Azərbaycan qazının Avropaya nəql edildiyi Trans-Adriatik qaz kəməri (TAP) 2021-ci ildə İtaliyada rekord səviyyədə qazın istehlak olunmasında həlledici rol oynayıb.
Trend bu barədə İtaliya KİV-lərinə istinadən məlumat verir.
“Snam” şirkətinin hesablamaları göstərir ki, ötən il İtaliyada qaz istehlakı 76,2 milyard kubmetri ötüb, bu isə 2020-ci illə müqayisədə 5,5 milyard kubmetr çoxdur.
2021-ci ildə İtaliyanın qaz kəmərləri ilə 2020-ci illə müqayisədə 7,8 faiz və son onillik göstəricidən orta hesabla 7,2 faiz daha çox təbii qaz nəql edilib.
Qeyd edək ki, TAP vasitəsilə qaz nəqli 2020-ci il dekabrın 31-də başlayıb.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)