TAP-ın genişləndirilməsi ilə bağlı üç ssenari təklif edilir

Xəbər - Ləman Zeynalova – Trend:

Trans-Adriatik boru kəməri (TAP) konsorsiumu kəmərin genişləndirilməsi ilə bağlı üç ssenari təklif edir.

Trend-in məlumatına görə, bunu TAP-ın kommersiya direktoru Mariya Savova deyib.

O bildirib ki, boru kəmərinin məhdud, qismən və tam genişləndirilməsi təklif olunur:

“Məhdud genişlənmə qaz nəqlinin illik təxminən 14,4 milyard kubmetr, qismən genişlənmə illik təxminən 17,1 milyard kubmetr, tam genişlənmə isə ildə təxminən 20 milyard kubmetrədək artırılmasını nəzərdə tutur”.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Azərbaycan qazı TAP vasitəsilə Avropaya nəql olunmağa başlayıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: