Xəbər - Ləman Zeynalova – Trend:
İtaliya təkrar qazlaşdırma gücünün artırılması və Trans-Adriatik
boru kəmərinin (TAP) buraxılış gücünün iki dəfə artırılması
imkanları barədə düşünməlidir.
Trend-in
məlumatına görə, bunu İtaliyanın baş naziri Mario Dragi Senatda
çıxışı zamanı deyib.
“Enerji təchizatı mənbələrinin şaxələndirilməsi mühüm əhəmiyyət
daşıyır. Bu, yaxın gələcəkdə Rusiya qazının təchizatı ilə nə baş
verəcəyindən asılı olmayaraq, əldə edəcəyimiz hədəf olmalıdır. Biz
ilk növbədə bərpa olunan enerji mənbələrinin istehsalının
artırılmasına çalışmalıyıq. Biz həm də yerüstü və dəniz layihələri
üçün prosedurları sadələşdirməyə, biometan istehsalına investisiya
qoymağa çalışmalıyıq. Qaz faydalı keçid yanacağı olaraq
qalmaqdadır. Biz təkrar qazlaşdırma gücünün artırılması və
Trans-Adriatik boru kəmərinin buraxılış gücünün iki dəfə
artırılması imkanları barədə düşünməliyik”, – deyə baş nazir
bildirib.
Qeyd edək ki, Trans-Adriatik boru kəməri ilə Azərbaycan qazının
Avropaya nəqli 2020-ci il dekabrın 31-dən etibarən başlayıb.
İtaliyaya 6,8 milyard, Yunanıstan və Bolqarıstana 1,2 milyard
kubmetr qaz nəql olunub.
Tərcümə:
@Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)