TAP hidrogen nəqli üçün potensiala malikdir – İcraçı direktor

Xəbər - Ləman Zeynalova – Trend:

İlkin qiymətləndirmə göstərir ki, Trans-Adriatik boru kəməri (TAP) hidrogen nəqli üçün potensiala malikdir.

Trend-in məlumatına görə, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 8-ci toplantısında TAP-ın icraçı direktoru Luka Skyeppati belə deyib.

“Mövcud infrastrukturun hidrogen nəqli üçün modernləşdirilməsi yararlandığımız imkanlardan biridir”, – deyə o bildirib.

O qeyd edib ki, TAP Balkan regionunda əlavə enerji mənbəyi kimi xidmət edə bilər.


Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: