TAP hidrogen nəqli ilə bağlı tədqiqatların nəticələrini gələn il açıqlayacaq

Xəbər - Ləman Zeynalova – Trend:

Trans-Adriatik boru kəməri (TAP) konsorsiumu hidrogen nəqli ilə bağlı tədqiqatların ilkin nəticələrini 2021-ci ilin sonunadək elan edəcək.

Bunu Trend-ə TAP-ın xarici əlaqələr şöbəsinin rəhbəri Vüqar Veysəlov deyib.

O bildirib ki, hazırda TAP-ın təbii qaz və hidrogen qarışığının nəqlinə necə uyğunlaşdırılacağı ilə bağlı qiymətləndirmə prosesi davam edir:

“TAP konsorsiumu hidrogen nəqli üçün yeni avadanlığın quraşdırılması üzrə tələbləri araşdırır. Hazırda başlanğıc tədqiqatlar aparılır, ilkin nəticələr ilin sonunadək gözlənilir”.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: