TAP buraxılış gücünün iki dəfə artırılması üzrə sınaq nəticəsinin vaxtını açıqlayıb

Xəbər - Ləman Zeynalova – Trend:

Trans-Adriatik boru kəmərinin (TAP) buraxılış gücünün iki dəfə artırılması üzrə bazar sınaqlarının yekun nəticələri oktyabrda elan olunacaq.

AzerTimes-ın məlumatına görə, bunu TAP-ın icraçı direktoru Luka Skyeppati deyib.

O qeyd edib ki, bazar sınağının əsas mərhələsi iyulda keçiriləcək:


“TAP potensial müştərilərinə ildə maksimum 20 milyard kubmetrədək buraxılışı gücünün artırılmasını təqdim edə bilmək üçün hər iki ildən bir bazar sınaqları keçirəcək”.

Teqlər: