TAP bu gün tam nəql gücünə çatmağa qadirdir – İcraçı direktoru

Trans-Adriatik boru kəməri (TAP) hazırda illik 10 milyard
kubmetr tam buraxılış gücünə çatmağa qadirdir.

Trend-in
məlumatına görə, bunu TAP-ın icraçı direktoru Luka Skyeppati
deyib.

“Biz həm də qısamüddətli hərraclar vasitəsilə əlavə güclər əlavə
edə bilərik”, – deyə o bildirib.

Öz növbəsində, TAP-ın kommersiya direktoru Mariya Savova hesab
edir ki, boru kəmərinin gücünü bazar sınaqlarının nəticələrinə
əsasən 45-65 ay ərzində mərhələli şəkildə illik 20 milyard
kubmetrədək çatdırmaq mümkündür.

“Bazar sınaqlarının növbəti mərhələsi 2023-cü ilin iyuluna
planlaşdırılıb. Amma TAP iş cədvəlini sürətləndirə və marağın
olacağı təqdirdə bazar sınaqlarını 2022-ci il ərzində başlaya
bilər”, – M.Savova deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: