Tanzaniyada bu ay yağan güclü yağışlar nəticəsində azı 58 nəfər ölüb.
AzerTimes xəbər verir ki, bu barədə brifinqdə Tanzaniya hökumətinin nümayəndəsi Mobhare Matinyi bildirib.
“Aprelin 1-dən aprelin 14-dək daşqınlara səbəb olan leysan yağışlar nəticəsində 58 nəfər həlak olub”, – deyən hökumət rəsmisi bildirib ki, 10 mindən çox evə ziyan dəyib, 76,6 min təsərrüfat zərər çəkib.
Daşqınlar ən çox Tanzaniyanın sahil bölgələrinə zərər vurub.