“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Rusiya Federasiyasının paytaxtı Moskva şəhəri ətrafında yerləşən “Patriot” parkında “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edəcək komandaların avqustun 30-da püşkatma mərasimi keçirilib.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin iştirak etdiyi püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 31-də birinci divizionda Rusiya, Qazaxıstan və Çin komandaları ilə mübarizə aparacaqlar.
Yarımfinalda Azərbaycan komandası qırmızı, Rusiya komandası göy, Çin komandası sarı, Qazaxıstan komandası isə yaşıl rəngdə olan tanklarda yarışacaqlar.