Günümüzdə öz tənhalığına son qoymaq istəyən, fərqli fikir və niyyətlərdə olan insanlar partnyor axtarışı üçün tanışlıq saytlarına daxil olurlar.
Təəssüflər olsun ki, bu tanışlıq saytlarında vətəndaşlar bir çox dələduzluqlara məruz qalırlar. Xüsusilə də dələduzların qurbanları kişi cinsinə mənsub olan şəxslərdir. Dələduzlar isə qadınlar və ya qadın adından istifadə edən kişilər üstünlük daşıyır.
Araşdırmalarımız onun göstərir ki, dələduzluq edən şəxslər etibardan sui-istifadə edərək, həmişəki kimi timsah göz yaşları tökərək, yaxşı vəziyyətdə olmadıqlarını, xəstə və ya vacib məsələnin həll olunmasını bildirərək, qarşı cinsin mərhəmətinə sığınırlar.
Təbii ki, özünü kişi hesab edən şəxs, həm “kişi” adına layiq olmasını sübut etmək, həm də dar gündə yardım etməklə özünün etibarlı adam olduğunu göstərmək istəyir. Məhz bunu gözləyən bəzi dələduz qadınlar yaxud qadın adından istifadə edənlər həmin şəxslərin ciblərin girmiş olurlar.
Nəticə olaraq isə, məbləğ iri olmadığından zərərçəkən tərəf hüquq-mühafizə orqanlarına şikayət etdikdə müsbət cavab ala bilmir. Bu da dələduzların öz fəaliyyətini genişləndirməyi, çiçəkləndirməyə imkan yaradır.
Növbəmizdə biz dələduzları mətbuatda işıqlandırılmaqla, onların tanınması ilə zərərçəkənlarin sayını azaltmaq oluruq.
Bu məqaləni oxuyan oxuculardan zərərçəkən şəxslər olduğu halda, bizə müraciət etməklə və həmin şəxslər haqda məlumat verməklə, dələduzların ifşasında köməklik etmiş olacaqlar.