Tanışını güllələyən sabiq polis rəisinin cinayət işi Ağır Cinayətlərə dair İstintaq İdarəsinə göndərildi

Sabunçu rayon Polis İdarəsinin sabiq rəisi Rza Hacıyevin
barəsində olan cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə dair
İstintaq İdarəsinə göndərilib.

AzerTimes-ın məlumatına görə, bunu Baş Prokurorluğun Prokurorluqda
İstintaqa Nəzarət İdarəsinin rəisi Fazil Həsənəliyev deyib.

O bildirib ki, hazırda istintaq davam edir.

“Hadisə ötən il dekabrın 16-da baş verib. Rza Hacıyev avtomat
silahla tanışının maşınına 8 dəfə atəş açıb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin
221-ci maddəsi ilə cinayət işi başlansa da, sonradan cinayət işinə
29,120,1-ci maddəsi də əlavə edilib. Cinayət işi Baş Prokurorluğun
Ağır Cinayətlərə dair İstintaq İdarəsinə gönədrilib. Hazırda
istintaq davam etdirilir”, – idarə rəisi deyib.

Teqlər: