Tanınmış türkiyəli rok ulduzu Erkin Koray 82 yaşında vəfat edib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Sənətçi uzun illərdir yaşadığı Kanadanın Toronto şəhərində dünyasını dəyişib.
Məlumata görə, Koray ağciyərdəki problemlərlə bağlı illərdir müalicə alırdı.
Qeyd edək ki, anadolu rokunun yaradıcılarından biri hesab olunan E.Koray “Çöpçüler”, “Şaşkın”, “Estarabim”, “Fesuphanallah” kimi unudulmaz musiqilərin ifaçısı olub.