Türkiyənin “Yeni Malatyaspor” futbol klubunun qapıçısı Əhməd Eyyub Türkaslan zəlzələ zamanı baş verən dağıntılar altında qalıb.
AzerTimes xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.
Bildirilir ki, 28 yaşlı futbolçunu xilas etmək üçün axtarış işləri davam etdirilir.
Qeyd edək ki, bu gecə Qəhrəmanmaraş şəhərində 7,4 bal gücündə zəlzələ olub. Zəlzələ nəticəsində 284 nəfərin öldüyü açıqlanıb.