Tanınmış tarzənə vəzifə verildi

Tanınmış tarzənə vəzifə verildi

Əməkdar artist, tarzən Sahib Paşazadə Beynəlxalq Muğam Mərkəzinə direktor təyin edilib.

AzerTimes Report-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Qeyd edək ki, o, “Tərəqqi” medalı, 1998-ci ildə Respublikam muğam müsabiqəsinin laureatıdır, Azərbaycan Milli Konservatoriyasının dosentidir.

Azərbaycanda və ölkədən kənarda təşkil olunan çoxsaylı konsertlərdə, festivallarda solo və müğam üçlüyü tərkibində çıxışlar edib, beynəlxalq müsabiqələr laureatıdır.

Teqlər: