Tanınmış sabiq hücumçu öldü

Tanınmış sabiq hücumçu öldü

İtaliya millisinin sabiq hücumçusu Canluka Vialli vəfat edib.

AzerTimes xəbər verir ki, o, bu gün səhər 58 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Viallı 2017-ci ildən mədəaltı vəzi xərçəngi ilə mübarizə aparırdı. Milad bayramı ərəfəsində onun vəziyyəti daha da pisləşmişdi.

Xatırladaq ki, mərhum futbolçu karyerası ərzində “Sampdoriya”, “Yuventus”, “Çelsi” və “Kremoneze”də oynayıb. Avro-1988 və DÇ-1990-da bürünc medal qazanıb.

Teqlər: