Rusiyanın Xalq artisti, bir sıra filmlərdən Azərbaycan tamaşaçısına da yaxşı tanış olan Leonid Kuravlyov 86 yaşında vəfat edib.
AzerTimes-ın məlumatına görə, bu barədə TASS informasiya agentliyi RF Kinematoqrafçılar İttifaqına istinadla məlumat yayıb.
Aktyor bir müddət əvvəl ağciyər sətəlcəmi diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Həkimlər onun COVID-19 virusuna yoluxmadığını bildirmişdilər.
Leonid Kuravlyov yaradıcılığı dövründə 200-dən çox rol ifa edib. Ən məşhur personajlarında biri Georgi Daneliyanın “Afonya” (1975) filmindəki çilingər Afanasi Borşov obrazıdır. Bu kino əsəri həmin ildə sovet prokatının lideri olmuşdu: ona 62 milyon tamaşaçı baxmışdı.
2015-ci ilədək kinoda çəkilməyə davam edən Kuravlyov, həmçinin “İvan Vasilyeviç peşəsini dəyişir”, “Görüş yerini dəyişmək olmaz” və digər filmlərdəki rolları ilə tanınır.