Tanınmış qolkiperin evi soyuldu, arvadı döyüldü

Tanınmış qolkiperin evi soyuldu, arvadı döyüldü

Fransanın PSJ klubunun qolkiperi Aleksandr Letelyenin evi qarət edilib.

AzerTimes xəbər verir ki, hadisə dekabrın 18-dən 19-na keçən gecə baş verib.

Naməlum şəxslər 33 yaşlı qolkiperin Paris ətrafındakı evinə daxil olublar. Həmin vaxt futbolçunun özü, həyat yoldaşı, həmçinin 2 və 6 yaşlı iki övladı evdə olub.

Cinayətkarlar oyunçunun ailəsini silahla hədələyiblər, ondan pul və zinət əşyaları tələb ediblər. Hətta Letelyenin həyat yoldaşının üzünə zərbələr endirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları 4 şəxsi saxlayıblar, onlardan ikisi yetkinlik yaşına çatmayıb.

Teqlər: