Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun yeni kompozisiyası işıq üzü gördü

Populyar klarnet ifaçısı, musiqiçi Hüseyn Məhəmmədoğlunun yeni ifa etdiyi “Dünyadan uzaq” kompozisiyası sinql olaraq işıq üzü görüb.

İlk ifa etdiyi və albomunu çıxartdığı “Əlvida Cəmilə” adlı musiqi ilə başlayaraq, bir çox kompozisiyaları musiqiçiyə uğur qazandırmışdır.

Klarnet ifaçısı Hüseynov Hüseyn 1984-cı il mart ayının 2-də Bakı şəhərinin Xətai rayonunda anadan olmuşdur. 1991-2000-ci illər paytaxtın 63 saylı orta məktəbində və 1996-2000-ci illər Süleyman Ələsgərov adına 1 saylı Uşaq İncəsənət Məktəbində təhsil almışdır.
2002-2006-cu illər Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində İnstrumental ifaçılıq ixtisası (klarnet aləti) üzrə təhsil almışdır. 2018-ci ildə Azərbaycan Milli Konservatoriyasına daxil olaraq, “Estrada sənəti” ixtisası üzrə təhsilini bitirməkdədir.

1993-1994-cü illər ilk musiqi dərslərini atası musiqiçi Məşədi Məhəmməd Hüseynovdan almışdır. 1996-2000-ci illər Süleyman Ələsgərov adına 1 saylı Uşaq İncəsənət Məktəbində təhsil alarkən, tanınmış saksofon ifaçısı Eldar Zeynalovdan da dərslər almışdır. 1998-2000-ci illər klarnet ifaçılığı üzrə bilikləri artırmaq üçün Qulammirzə Mirzəyevdən dərslər almağa davam etmişdir.

Atası mərhum Hüseynov Məhəmməd Hüseyn oğlu musiqiçi olub. Anası mərhumə Hüseynova Sıddiqə Azər qızı evdar qadın olub.
Evlidir. 3 övladı — 2 qızı, 1 oğlu var.

İlk dəfə 1998-cu ildə “Qönçə 98” adlı musiqi müsabiqəsində iştirak edərək, müsabiqənin nəfəs alətləri üzrə laureatı olmuşdur. 1999-cu ildə Fikrət Əmirov adına “Nəfəs alətləri” üzrə musiqi yarışmasında iştirak etmişdir.

İlk dəfə 2003-cü ildə müəllifi Nadir Əzimov olan “Əlvida Cəmilə” adlı kompozisiyasını ifa edərək, 2004-cü ildə eyniadlı “Əlvida Cəmilə” albomunu buraxmışdır. 2010-cu ildə “Yenə tək”, 2013-cü il “Təkcə səni”, 2017-ci il öz bəstəsi olan “Ürəyimin səsi” ifa etdiyi kompozisiyalar musiqiçiyə populyarlıq qazandırmışdır.

2006-2008-ci illər Şeron qrupunun və Elton Hüseynəliyevin ansambllarında klarnet ifaçısı olmuşdur.

2014-cü ildə Xalq artisti, qarmon ifaçısı Ənvər Sadıqovla birlikdə Avstriyanın Vyana şəhərində keçirilən dövlət tədbiri olan Nar bayramı konsertində çıxış etmişdir.

2015-ci ildə Aslan Növrəsli və Əməkdar artist, pianoçu Şahin Növrəsli ilə birlikdə Birləşmiş Krallığın paytaxı Londonda konsert proqramı baş tutmuşdur.

Bu şəhərdə kollektivinin bir çox konsertlərinin ansamblla birlikd və solo musiqi müşayiətini etmişdir.

Xalq artistlər Aygün Kazımova, Röya Ayxan və Əməkdar artistlər Aybəniz Haşımova, Elton Hüseynəliyev və tanımış Qismət Məmmədzadə, Zamiq Hüseynov kimi populyar müğənnilərlə işbirliyi olmuşdur.

2004-cü ildən solo karyerasına başlamış, 2011-ci “Nəfəs” adlı instrumental ansamblını yaratmışdır.

Hal-hazırda ansamblı ilə birlikdə və solo ifalarla fəaliyyətini davam etdirməkdədir.

Bir sıra kompozisiyaların bəstə müəllifidir.

Musiqiçi “Kəklikotu” və “Qızqaçırtma 2” filmlərində rol almışdır.

Musiqiçi, populyar komediya aktyorlarının Müşfiq Şahverdiyev, İslam Mehrəliyev, Əlixan Rəcəbov, Fərda Xudaverdiyev, müğənni Nigar Camal və rejissor Aqil M. Quliyevin yer aldığı komediya filmi olan “Kəklikotu” və “Qız qaçırtma 2” filmində rol almışdır.

2013-ci ildə Maşın Şou yarışmasında iştirak etmiş, son iki filanistdən biri olmuş və Dj Çina oyunda qalib gəlmişdir.

Diskoqrafiyası:
Albomlar: Əlvida Cəmilə (2004), Sözsüz (2010)
Kompozisiyalar:
Əlvida Cəmilə (2003)
Mən səni axtarıram (2003)
Vağzalı (2003)
İlahə (2003)
Bağışla (2006)
Kürdü rəqsi (2007)
Beşatılan (2008)
Yenə tək (2008)
Bulaq üstə (2009)
Bir il keçdi (2011)
Zəhər (2012)
Qızım (2013)
Bilirəm gələn deyilsən (2014)
Gözümün içinə bax (2014)
Bəyənmir məni (2015)
Bayram rəqsi (2016)
Kamilə (2017)
Gözümün işığı (2017)
Peşimanı kim olacaq (2018)
Gecikmiş etiraf (2019)
Yaşa Azərbaycan (2020)
Yaşayıram el üçün (2020)
Buzovnadan Bilgəhə (2021)
Dünyadan uzaq (2021)