ANC Group MMC-yə inzibati protokol yazılıb.
AzerTimes Xalq.az-a istiandən xəbər verir ki, iş Qaradağ Rayon Məhkəməsinin hakimi Rufan Mürsəlovun icraatındadır.
Qeyd edək ki, Gömrük Komitəsi protokolu İnzibati Xətalar Məcəlləsinin 485.1-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.
Əlavə edək ki, ANC Group MMC-nin qanuni təmsilçisi Samir Rafiq oğlu Abdullayevdir. Ölkədə məşhur “Rahat” supermarket də bu qrupa daxildir.
ANC Group MMC-nin səhmlərinin 10%-i Cəlal Rasim oğlu Babakişiyevə, 90%-i isə ABDA RETAİL İNVESTMENT HOLDİNG LTD-yə məxsusdur. ABDA RETAİL İNVESTMENT HOLDİNG LTD şirkətinin təsisçisi və sədri qalmaqallı iş adamı Adnan Əhmədzadədir. A.Əhmədzadə Azərbaycanda bir neçə marketlər şəbəkəsinin sahibidir. Bunlardan bizə məlum olanları “Bolmart”, “Rahat Market”, “Port Baku Bazar” market şəbəkələridir.