Baş həkimin oğlu qəzada öldü

Baş həkimin oğlu qəzada öldü

Bu gecə Tovuzda “Porsche” markalı maşının qəzaya uğraması nəticəsində ölən gənc Azərbaycanın məşhur klinikalarından birinin baş həkiminin oğludur. 1 nəfərin ölümü ilə nəticələnən qəza ötən gün axşam saatlarında olub.

90-DK-003 dövlət qeydiyyat nişanlı “Porsche” markalı minik avtomobili idarəetməni itirərək beton hasara çırpılıb və yanğın olub. Yanğın saat 23:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə nəticəsində sürücü, 1981-ci il təvəllüdlü, Hacıqabul rayon polis şöbəsinin əməkdaşı Qəhrəmanov Zakir Şakir oğlu ölüb.

Qeyd edək ki, mərhum “Nərgiz” klinikasının baş həkimi Məlahət Qəhramanovanın övladıdır.

Maşında olan sərnişinlər, Tovuz rayon Alakol kənd sakinləri – 1984-cü il təvəllüdlü, Hüseynov Nurxan Əmirxan oğlu və 1990-cı il təvəllüdlü, Fətullayev Azad Ramiz oğlu ağır xəsarətlər alıb. Onlar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralananların vəziyyəti ağırdır.

bas-hekimin-oglu-qeza