Tanınmış futbolçu “Sabah”a gəlir?

Tanınmış futbolçu “Sabah”a gəlir?

Rusiya mətbuatında İtaliyanın B seriyası təmsilçisi “Venesiya”nın məşhur rusiyalı yarımmüdafiəçisi Denis Çerışevin “Sabah”a gedəcəyi barədə xəbərlər yayılıb.

AzerTimes Qol.az-a istinadən xəbər verir ki, bu barədə azərbaycanlı agentlərdən biri bildirib:

“Bu mövsüm “Sabah”dan geniş ehtiyat heyət tələb edir. Üstəlik, “Sabah bu mövsüm 100 faiz avrokuboklara vəsiqə qazanacaq. Çerışev kimi oyunçular isə orada qızıla bərabərdir. “Sabah” “Venesiya”da yüksək maaş aldığına görə Çerışevi icarəyə götürə bilər”.

Lakin komandanın mətbuat xidmətinin əməkdaşı “Eurostavka.ru”ya Çerışevlə maraqlandıqlarını təkzib edib.

Qeyd edək ki, “Sabah”ı rusiyalı mütəxəsiss Murad Musayev çalışdırır.

Teqlər: