Tanınmış futbolçu karyerasını başa vurdu

Tanınmış futbolçu karyerasını başa vurdu

Qana millisinin sabiq futbolçusu Kevin-Prins Boatenq peşəkar karyerasını başa vurub.

AzerTimes xəbər verir ki, tanınmış hücumçu 36 yaşında futbolla vidalaşıb.

“Səni sevirəm. Hər şey üçün çox sağ ol, futbol”, – veteran oyunçu sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Kevin-Prins Boatenq karyerası ərzində İngiltərənin “Tottenhem”, Almaniyanın “Borussiya” (Dortmund), İtaliyanın “Milan”, İspaniyanın “Barselona” və Türkiyənin “Beşiktaş” komandalarında çıxış edib.

Teqlər: