Uruqvayın “Nasyonal” klubunun yarımmüdafiəçisi Xuan İzkierdo 27 yaşında vəfat edib.
AzerTimes xəbər verir ki, bu barədə Montevideo təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Avqustun 22-də Libertadores Kubokunda “Nasyonal”ın “San Paulu” ilə oyununun 84-cü dəqiqəsində huşunu itirən futbolçu xəstəxanaya aparılıb və ürəyində problem olduğu müəyyənləşib.
Qeyd edək ki, 2024-cü ildən paytaxt komandasında oynayan X.İzkierdo karyerası ərzində Uruqvayın “Liverpul”, “Montevideo”, “Atletiko San Luis”, “Penyarol” və “Serro” klublarında da forma geyinib.